Rövşənoğlu Holding MMC-nin tərkibində fəaliyyət göstərən “Murovdağ Kəndli Fermer Təsərrüfatı” MMC Samux rayonu, Burunqovax kəndi ərazisində yerləşir. Təsərrüfatın bir tərəfi Gürcüstan Respublikası ilə həmsərhəddir, digər tərəfi isə Mingəçevir su anbarının sol sahili boyunca uzanır.
“Murovdağ” KFT-nin ümumi torpaq sahəsi 1000 hektar təşkil edir. Müəssisədə 13 nəfər daimi işçi çalışır. Təsərrüfat müasir kənd təsərrüfatı texnikaları ilə təchiz olunmuşdur. Hal-hazırda müəssisənin balansında 4 ədəd şum traktoru və aqreqatları, 1 ədəd buldozer, 1 ədəd yükləyici-ekskavator, 1 ədəd New Holland TC 4.90 markalı kombayn və 2 ədəd minik avtomobili mövcuddur.
Təsərrüfatda əsasən ərzaqlıq taxıl əkini aparılır. Eyni zamanda müasir suvarma sistemlərindən istifadə edilməklə pivot suvarma sistemi altında arpa, kartof, soğan, kələm, çöl pomidoru, badımcan və digər kənd təsərrüfatı bitkiləri yetişdirilir. Müəssisənin ərazisində 3 ədəd pivot suvarma qurğusu fəaliyyət göstərir. Qeyd olunan pivot sistemləri Rövşənoğlu Plast MMC-nin distribütoru olduğu “Kale Pivot” şirkəti tərəfindən quraşdırılmışdır.
Bundan əlavə, təsərrüfat ərazisində meyvə bağları salınmışdır. Bağlarda əsasən ərik, şaftalı, gavalı və digər meyvə növləri becərilir.
Şəmkir rayonu, Bakı - Qazax 393cü km, 3 yol dairəsi
(+994) 77 470 20 01
© Rövşənoğlu Holding. All Rights Reserved. Developed by Deirvlon Technologies.