19 oktyabr tarixində Rövşənoğlu Holding və ERT Agro şirkətlərinin nümayəndələri Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyində görüşdə iştirak ediblər.
Görüş çərçivəsində ölkəmizdə kənd təsərrüfatının inkişaf perspektivləri, aqrar sahədə fəaliyyət göstərən şirkətlərin sektora verdiyi töhfələr, müasir aqrar yanaşmaların tətbiqi və dayanıqlı kənd təsərrüfatı modelinin formalaşdırılması istiqamətində fikir mübadiləsi aparılıb.
Tərəflər kənd təsərrüfatında istehsal potensialının artırılması, innovativ həllərin genişləndirilməsi, aqrar sahədə əməkdaşlıq imkanlarının inkişaf etdirilməsi və ölkənin ərzaq təhlükəsizliyinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edən məsələləri müzakirə ediblər.
Rövşənoğlu Holding və ERT Agro aqrar sektorun davamlı inkişafına, müasir istehsal yanaşmalarının tətbiqinə və ölkəmizin kənd təsərrüfatı potensialının daha da gücləndirilməsinə töhfə verməyi öz fəaliyyətlərinin əsas istiqamətlərindən biri hesab edirlər.
Bu kimi görüşlər dövlət və özəl sektor arasında dialoqun inkişafına, qarşılıqlı əməkdaşlıq imkanlarının genişləndirilməsinə və Azərbaycan kənd təsərrüfatının uzunmüddətli, dayanıqlı inkişafına xidmət edir.
Şəmkir rayonu, Bakı - Qazax 393cü km, 3 yol dairəsi
(+994) 77 470 20 01
© Rövşənoğlu Holding. All Rights Reserved. Developed by Deirvlon Technologies.