Şəmkir rayonu, Bakı - Qazax 393cü km, 3 yol dairəsi (+994) 77 470 20 01 [email protected]

Rövşənoğlu Toxumçu

Ana səhifə Rövşənoğlu Toxumçu

Rövşənoğlu Toxumçu

Xidmət sektoru

"Rövşənoğlu Toxumçu" MMC 2020-ci ildə qurulmuş və yarandığı gündən etibarən meyvə-tərəvəz toxumlarına fokuslanaraq fəaliyyətini davam etdirən bir şirkətdir.

Şirkət, bazar tələblərinə uyğun şəkildə, düzgün seçilmiş, yüksək keyfiyyətli, daim yenilənən və inkişaf edən, sizə maksimum fayda verəcək meyvə-tərəvəz toxumlarının təqdim olunmasını qarşısına məqsəd qoymuşdur.

Qeyd edək ki, şirkətin nəzdində olan 25 hektardan çox ərazi əsasən ölkəyə yeni gətirilmiş müxtəlif çeşidli toxumların və şitillərin sınaqdan keçirilməsi, həmçinin Azərbaycanın müxtəlif regionlarında hava şəraitinə uyğun toxum sortlarının müəyyənləşdirilməsi məqsədilə istifadə olunur.

"Rövşənoğlu Toxumçu" MMC meyvə, tərəvəz və digər bitki toxumlarının topdan və pərakəndə satışını həyata keçirir. Eyni zamanda, Türkiyənin ən böyük toxum istehsalçılarından biri olan "MULTI TOHUM TARIM SAN. TİC. A.Ş" şirkətinin Azərbaycandakı rəsmi distribyutorudur.

Əsas məqsədimiz şirkətimizi daha da böyütmək, daha böyük və nüfuzlu toxum istehsalçıları ilə əməkdaşlıqlar qurmaq, ölkəmiz və bölgəmiz üçün ən uyğun, məhsuldar və keyfiyyətli toxumları təqdim etmək, çeşidlərimizi daim artırmaq və fermerlərə dəyər yaratmaqdır.


“Rövşənoğlu Toxumçu”
– Kənd təsərrüfatı sahəsində müasir yanaşmalar tətbiq edən, beynəlxalq toxum brendləri ilə əməkdaşlıq edən, yerli fermerlərə isə yüksək məhsuldarlıq, keyfiyyət və dayanıqlılıq vəd edən toxumların satışını həyata keçirən ixtisaslaşmış bir təsərrüfat və marketinq mərkəzidir.

Xəbər və elanlar

Bizim haqqımızda ən son yeniliklər

03 Dec 2025

Bu gün Rövşənoğlu Toxumçu MMC-yə məxsus demo stansiyamızda regionda fəaliyyət göstərən mağaza sahibləri, dillerlər və peşəkar əkinçilərin iştirakı ilə maraqlı və dəyərli bir görüş keçirildi.

Daha çox
11 Jun 2025

Fəxrlə bildiririk ki, SMART TRADE LLC artıq Yara Suomi Oy şirkətinin Azərbaycanda rəsmi distributorudur!

Daha çox
11 Jun 2025

2025-ci il iyunun 8-də şirkətimiz dəyərli bir qonağı qəbul etdi.

Daha çox

Bizimlə Əlaqə

Şəmkir rayonu, Bakı - Qazax 393cü km, 3 yol dairəsi

(+994) 77 470 20 01

© Rövşənoğlu Holding. All Rights Reserved. Developed by Deirvlon Technologies.