Şəmkir rayonu, Bakı - Qazax 393cü km, 3 yol dairəsi (+994) 77 470 20 01 [email protected]

Rövşənoğlu İstilikxana

Ana səhifə Rövşənoğlu İstilikxana

Rövşənoğlu İstilikxana

İstehsalat

2022-ci ildən fəaliyyət göstərən "Rövşənoğlu İstixana" MMC ümumi 25 hektar ərazidə yerləşən müasir istixana kompleksinə malikdir. Müasir avadanlıqlar, innovativ texnologiyalar və yüksək effektivliyə malik istilik sistemləri ilə təchiz olunmuş təsərrüfatımızda ilin bütün fəsillərində yüksək keyfiyyətli pomidor və xiyar istehsalı həyata keçirilir.

Rövşənoğlu Holdingin tərkibində fəaliyyət göstərən müəssisə olaraq əsas məqsədimiz ölkə əhalisini təzə, sağlam və keyfiyyətli tərəvəz məhsulları ilə təmin etmək, eyni zamanda yerli kənd təsərrüfatının inkişafına və ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə töhfə verməkdir.

İstehsal prosesinin bütün mərhələlərində məhsulların keyfiyyətinə, təhlükəsizliyinə və təbii dad xüsusiyyətlərinin qorunmasına xüsusi diqqət yetirilir. Peşəkar aqronomların nəzarəti altında yetişdirilən məhsullar yüksək məhsuldarlığı, təravəti və bazar tələblərinə uyğun keyfiyyəti ilə seçilir.

İstixana kompleksimizdə tətbiq olunan müasir iqlim nəzarəti, damcı suvarma və qidalandırma sistemləri bitkilərin optimal inkişafını təmin edir, nəticədə ilboyu stabil və yüksək məhsuldarlıq əldə olunur.

Şirkətimiz tərəfindən yetişdirilən məhsullar ölkənin aparıcı marketlər şəbəkələri olan “Araz”, “Oba”, “Bazarstore”, “Al Market”, “Bravo” və digər satış nöqtələrində istehlakçılara təqdim edilir. Bu əməkdaşlıqlar məhsullarımızın keyfiyyətinə göstərilən etimadın və istehlakçı məmnuniyyətinin göstəricisidir.

Daim inkişafı hədəfləyən "Rövşənoğlu İstixana" MMC istehsal potensialını artırmaq, yeni texnologiyaların tətbiqini genişləndirmək və Azərbaycanın qabaqcıl istixana təsərrüfatlarından biri kimi fəaliyyətini daha da gücləndirmək istiqamətində çalışmalarını davam etdirir.

Xəbər və elanlar

Bizim haqqımızda ən son yeniliklər

13 May 2026

Rövşənoğlu Holding Caspian Agro 2026 InterFood Azerbaijan sərgisində.

Daha çox
22 Apr 2026

“Rövşənoğlu Agro” - "YARA" şirtkəti ilə birgə fermerlər üçün ixtisaslaşmış seminar təşkil etdi.

Daha çox
03 Dec 2025

Bu gün Rövşənoğlu Toxumçu MMC-yə məxsus demo stansiyamızda regionda fəaliyyət göstərən mağaza sahibləri, dillerlər və peşəkar əkinçilərin iştirakı ilə maraqlı və dəyərli bir görüş keçirildi.

Daha çox

Bizimlə Əlaqə

Şəmkir rayonu, Bakı - Qazax 393cü km, 3 yol dairəsi

(+994) 77 470 20 01

© Rövşənoğlu Holding. All Rights Reserved. Developed by Deirvlon Technologies.