“Rövşənoğlu Agro” - "YARA" şirtkəti ilə birgə fermerlər üçün ixtisaslaşmış seminar təşkil etdi.
Yeniliklər və xəbərlər
22 Apr 2026
21 aprel tarixində, “Rövşənoğlu Holding” tərkibində fəaliyyət göstərən “Rövşənoğlu Agro”-nun və kənd təsərrüfatı sahəsində innovativ həllər təqdim edən şirkət olaraq, dünyanın aparıcı gübrə istehsalçılarından biri olan “YARA” ilə əməkdaşlıq çərçivəsində növbəti ixtisaslaşmış seminarını uğurla həyata keçirdi.
Seminarda yerli fermerlər və aqrar sahə nümayəndələri iştirak edərək, “YARA”-nın mütəxəssisləri tərəfindən təqdim olunan müasir aqronom yanaşmalar, yeni nəsil gübrə məhsulları və biostimulyator həlləri ilə yaxından tanış oldular. Təqdimatlar çərçivəsində məhsuldarlığın artırılması, torpaqdan daha səmərəli istifadə və düzgün qidalanma strategiyaları barədə ətraflı məlumatlar paylaşıldı.
Tədbirin əsas məqsədi fermerləri dünya standartlarına uyğun məhsullarla tanış etmək, onların praktiki biliklərini artırmaq və müasir kənd təsərrüfatı yanaşmalarını daha geniş tətbiq etməyə dəstək olmaq idi.
“Rövşənoğlu Agro” olaraq biz, beynəlxalq təcrübəni yerli təsərrüfatla birləşdirərək fermerlərə yalnız məhsul deyil, dəyər və nəticə təqdim etməyi qarşıya məqsəd qoymuşuq.
Biz inanırıq ki, düzgün məhsul seçimi və peşəkar yanaşma kənd təsərrüfatında uğurun əsasını təşkil edir.
Pərakəndə: 077 457 97 57
Topdan: 077 225 71 57
Şəmkir rayonu. Rövşənoğlu Aqrar və Tikinti Materialları Mərkəzi.