Şəmkir rayonu, Bakı - Qazax 393cü km, 3 yol dairəsi (+994) 77 470 20 01 [email protected]

Rövşənoğlu Agro

Ana səhifə Rövşənoğlu Agro

Rövşənoğlu Agro

Xidmət sektoru

"Rövşənoğlu Agro" MMC "Rovshanoglu Holding"in tərkibində, 2 filial olaraq fəaliyyət göstərir. 
"Rövşənoğlu Agro" MMC regionda agrar xidmət sektorunda ən böyük şirkətlərdən biri olaraq fəaliyyət göstərir. Həm topdan həm də pərakəndə satış xidməti mövcuddur. 

Əsasən, toxumlar, bitki dərmanları, gübrələr, pestisidlər, polietilen örtüklərin satışı üzrə xidmət göstərir. Şirkətimiz 5000 ha-dan çox meyvə bağlarını, 500 ha-dan çox istilikxanaları, regiondadakı taxıl, arpa və bir sıra dənli bitkiləri, o cümlədən 10000  ha-dan çok tarlaları həm toxumlarla, həm də gübrə-dərmanlarla təmin edir. Qeyd edilən məhsulları əsasən ölkəxarici şirkətlərdən, dünyanın müxtəlif ölkələrində olan brend firmalardan tədarük edir. 

"Rövşənoğlu Agro" , Türkiyənin ən böyük şirkətlərindən biri olan "FERAS KIMYA ZIRALI ILAC TARIM HAYVANAK.IÇ VE DIŞ TİC.LTD.ŞTİ nin və Yara Suomi Oy şirkətinin Azərbaycandakı rəsmi distributoru olaraq fəaliyyət göstərir. YaraMila™, YaraLiva™, YaraTera™, YaraVita™, YaraRega™, YaraAmplix™, FOLICARE™ və FERTICARE™ kimi dünyanın qabaqcıl gübrə brendlərinin Azərbaycandakı rəsmi təchizatçısı olmaqdan məmnunluq duyuruq.

Onu da qeyd edək ki, şirkətin tərkibində 30 ha-dan çox istilikxana, 50 ha-dan çox bağ və 100 ha-dan çox tarla sahələri mövcuddur. Bu adı keçən ərazilər, əsasən, ölkəyə yeni gətirilmiş müxtəlif çeşidli toxumların və şitillərin yoxlanması və regionda hansı hava şəraitində hansı çeşidin uyğun olduğunu müəyyənləşdirilməsi üçün istifadə edilir.

 Məqsədimiz, ölkədə agrar sahədə aparıcı qüvvə olmaq, ölkənin sosial-iqtisadi inkişafına və milli rifahına öz töhfəmizi verməkdir. 

Şirkətin tərkibində əkinçilər və təsərrüfat sahibkarları üçün yerli və xarici aqranomlarımızın operativ məsləhəti və xidməti,
o cümlədən, istənilən ünvana operativ çatdırılma xidməti də mövcuddur.

Qeyd edək ki, "Rovshanoglu Holding" ilk olaraq "Rövşənoğlu Agro" MMC kimi fəaliyyətə başlamışdır.
Xəbər və elanlar

Bizim haqqımızda ən son yeniliklər

11 Jun 2025

Fəxrlə bildiririk ki, SMART TRADE LLC artıq Yara Suomi Oy şirkətinin Azərbaycanda rəsmi distributorudur!

Daha çox
11 Jun 2025

2025-ci il iyunun 8-də şirkətimiz dəyərli bir qonağı qəbul etdi.

Daha çox
31 May 2025

Rövşənoğlu Toxumçu və S.A.I.S. S.p.A arasında əməkdaşlıq çərçivəsində görüş keçirildi

Daha çox

Bizimlə Əlaqə

Şəmkir rayonu, Bakı - Qazax 393cü km, 3 yol dairəsi

(+994) 77 470 20 01

© Rövşənoğlu Holding. All Rights Reserved. Developed by Deirvlon Technologies.