“Rövşənoğlu İnşaat” MMC 2018-ci ildə fəaliyyətə başlayaraq qısa müddət ərzində Azərbaycanın inşaat materialları sektorunda etibarlı və tanınmış şirkətlərdən birinə çevrilmişdir. Şirkət ilk satış mərkəzini Şəmkir rayonunda açaraq fəaliyyətə başlamış, daha sonra inkişaf strategiyasına uyğun olaraq Bakı şəhərində də satış mərkəzini istifadəyə vermişdir.
“Rövşənoğlu Holding”in tərkibində fəaliyyət göstərən “Rövşənoğlu İnşaat” MMC inşaat və təmir materiallarının topdan, pərakəndə və korporativ satışı sahəsində ixtisaslaşmışdır. Şirkət fəaliyyətinin əsasını müştərilərə keyfiyyətli məhsullar, peşəkar xidmət və sərfəli qiymətlər təqdim etmək prinsipi üzərində qurmuşdur.
Bu gün “Rövşənoğlu İnşaat” geniş məhsul çeşidi ilə fərdi müştərilərin, tikinti şirkətlərinin, dövlət və özəl müəssisələrin etibarlı tərəfdaşlarından biri kimi fəaliyyət göstərir. Mağazalarımızda dünya standartlarına cavab verən yerli və xarici istehsalçıların məhsulları təqdim olunur.
Məhsul portfelimizə boya və lak məhsulları, yapışdırıcılar, gips və alçı məhsulları, plastik materiallar, santexnika avadanlıqları, elektrik məhsulları, istilik sistemləri, divar kağızları, çilçıraqlar, bağ və bağça ləvazimatları, məişət malları, müxtəlif növ inşaat materialları, eləcə də peşəkar usta alətləri və avadanlıqları daxildir. Bu geniş çeşid müştərilərimizə təmir və tikinti prosesində ehtiyac duyduqları bütün məhsulları bir ünvandan əldə etmək imkanı yaradır.
Müştəri məmnuniyyəti şirkətimizin fəaliyyətində əsas prioritetlərdən biridir. Satış mərkəzlərimizdə rahat alış-veriş mühiti yaradılmış, məhsul kateqoriyaları üzrə xüsusi bölmələr formalaşdırılmış və hər istiqamət üzrə peşəkar satış məsləhətçiləri fəaliyyətə cəlb edilmişdir. Məqsədimiz müştərilərimizin düzgün məhsul seçimini asanlaşdırmaq, onlara operativ və keyfiyyətli xidmət göstərməkdir.
“Rövşənoğlu İnşaat” MMC davamlı inkişafı, etibarlı tərəfdaşlıq əlaqələri və yüksək xidmət standartları ilə inşaat sektorunda mövqeyini daha da gücləndirərək ölkənin aparıcı inşaat materialları satış mərkəzlərindən biri olma yolunda fəaliyyətini uğurla davam etdirir.
Missiyamız müştərilərimizi keyfiyyətli məhsullar, geniş seçim imkanları, peşəkar xidmət və rəqabətqabiliyyətli qiymətlərlə təmin etməklə onların etibarını qazanmaq və uzunmüddətli tərəfdaşlıqlar qurmaqdır.
Şəmkir rayonu, Bakı - Qazax 393cü km, 3 yol dairəsi
(+994) 77 470 20 01
© Rövşənoğlu Holding. All Rights Reserved. Developed by Deirvlon Technologies.