Rövşənoğlu Holding komandası olaraq Ekspo Mərkəzində keçirilən "Caspian Agro" 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində iştirak etdik.
Bu tədbir bizim üçün olduqca məhsuldar və faydalı keçdi. Sərgi çərçivəsində uzun müddətdir əməkdaşlıq etdiyimiz tərəfdaş şirkətlərin nümayəndələri ilə bir araya gələrək, mövcud əməkdaşlıqların inkişafı və gələcək planlar barədə ətraflı fikir mübadiləsi apardıq.
Eyni zamanda, sərgi yeni biznes imkanlarının araşdırılması və şəbəkəmizin genişləndirilməsi baxımından da önəmli rol oynadı. Bir sıra yerli və beynəlxalq şirkətlərlə ilkin əlaqələr quruldu və potensial əməkdaşlıq imkanları müzakirə edildi.
Bu cür tədbirlərdə iştirak şirkətimizin fəaliyyət dairəsinin genişlənməsinə, bazar tendensiyalarının yaxından izlənməsinə və tərəfdaş şəbəkəsinin gücləndirilməsinə mühüm töhfə verir. Gələcəkdə də bu kimi platformalarda aktiv iştirak etməyi və əlaqələrimizi daha da genişləndirməyi planlaşdırırıq.
Şəmkir rayonu, Bakı -Qazax 393cü km, 3 yol dairəsi
(+994) 51 645 00 00
© Rövşənoğlu Holding. All Rights Reserved. Developed by Deirvlon Technologies.